[Skip to Content]

IBA Montage

Təşkilatınızı 2024-ci ildə (9-cı illik) Böyük sahibkarlar üçün Stevi Mükafatı (Stevie® Awards for Great Employers) üçün nominasiyalar təqdim etməyə dəvət edirik. Bu mükafat insan qaynaqları sahəsində uğurlar, komandalar, peşəkarlar, yeni məhsullar və xidmətlər, işləmək üçün gözəl məkanlar yaratmağa və işlətməyə kömək edən təchizatçılar üçün dünyanın ən böyük mükafatıdır.

Namizədliyinizin hazırlanmasına və təqdim edilməsinə dair tam təlimatları əks etdirən müraciət dəstini almaq istəyirsinizsə, göndərməyimiz üçün e-poçt ünvanınızı bura daxil edin. Ciddi məxfilik siyasətimiz olduğu üçün e-poçt ünvanınızı hər hansı səbəbə görə heç kimlə paylaşmayacağıq.

Bu, cari veb-saytda bu dildə görə biləcəyiniz yeganə səhifədir. Başqa bütün səhifələr, müraciət dəstində olduğu kimi, ingilis dilindədir. Bu ona görədir ki, bizə namizədliklərin ingilis dilində təqdim edilməsi mühümdür, belə ki, dünya üzrə biznes peşəkarları seçim prosesində iştirak edə bilərlər. Sonrakı məlumatlar mükafat haqqında qısa məlumat, müraciət şərtləri və iştirakın müsbət tərəfləri haqqındadır. Təşkilatınızın mükafat üçün müraciət edəcəyinə qərar verdiyiniz zaman namizədlik dosyesinin ingilis dilində hazırlanmalı olduğunu diqqətinizə çatdırırıq.

Stevie® Awards for Great Employers barədə

Stevie® Awards for Great Employers insan qaynaqları sahəsində çalışan peşəkarları və dünyanın ən yaxşı sahibkarlarını tanıyan yeganə qlobal mükafatdır. Mükafatları təqdim edən Stevie Awards (Stiv Mükafatları) təşkilatı ABŞ-da yerləşir. Onlar səkkiz fərqli Stiv Mükafatları (Stevie Awards) müsabiqəsinin təşkilatçılarıdır və həmin müsabiqələr barədə www.StevieAwards.com ünvanında ətraflı məlumat əldə edə bilərsiniz. Stevie Awards (Stiv Mükafatları) dünyanın ən çox bəyənilən mükafatlarından birinə çevrilib.

2023-ci idə Böyük sahibkarlar üçün Stevi Mükafatı (Stevie Awards for Great Employers) 28-dən çox ölkədən olan təşkilatlara və fərdlərə təqdim edilib. 2023-ci il müsabiqəsi qaliblərinin siyahısını görmək üçün buraya klikləyin.

Kateqoriyalar

Stevie Awards for Great Employers müsabiqəsində seçim etmək üçün altı mükafat kateqoriyaları mövcuddur. İştirak etmək istəsəniz, təşkilatınızın əldə etmək istədiyi nailiyyətlərə uyğun kateqoriyaları seçəcək və namizədliyinizi həmin kateqoriyalar üzrə təlimatlara əsasən hazırlayacaqsınız. Mövcud kateqoriyalar arasında olanlar aşağıdakılardır:

Kateqoriyaların siyahısı və izahı daxil olan məlumatlar kolleksiyasındadır.

Bütün kateqoriyalarda suallara yazılı cavab imkanları və ya bu suallara cavab vermək üçün beş (5) dəqiqəlik video təqdim etmək imkanı mövcuddur.

Əlaqə

Stiv Mükafatlarının (Stevie Awards) bir çox ölkədə nümayəndəlikləri var. Bu nümayəndəliklər müsabiqələrdə iştirak etmələri üçün təşkilatları məlumatla təmin edəcək və onlara kömək edəcək.
Ölkənizdə nümayəndəliyin olub-olmamasını müəyyən etmək üçün buraya klikləyin.

Siz həmçinin aşağıdakı ünvanda yerləşən təşkilatçılarla əlaqə saxlaya bilərsiniz:

Stevie Awards (Stiv Mükafatları)
10560 Main Street, Suit 519
(ABŞ) USA, Virginia 22030, Fairfax
Telefon: +1 703-547-8389
Faks: +1 703-991-2397
Epoçt: help@stevieawards.com

 

Share